TƏCİLİ: Ukraynada cinayətkar bir polisi girov götürdü – qumbara partlatmaqla hədələdibackend

TƏCİLİ: Ukraynada cinayətkar bir polisi girov götürdü - qumbara partlatmaqla hədələdi

Ukraynanın Poltava şəhərində bir nəfər qumbara partlatmaqla hədələyərək polis işçisini girov götürüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Cinayətkar Poltava vilayətinin Milli Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi ilə birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqdim etdiyi avtomobildə şəhərın çıxışına doğru gedib.

Poltavanın vilayət polisi deyib ki, bir avtomobili oğurladığına görə tutmağa çalışdıqları adam inzibati məhkəmə binası qarşısında hamını qumbara partlatmaqla hədələyib.

İdarənin “Telegram”a verdiyi bəyanata görə, təcavüzkar cinayət istintaqı zabitini girov saxlayıb, daha sonra onu Poltava bölgəsindəki Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Şiyan Vitali ilə dəyişdirib. Hazırda onun tutulması üçün xüsusi əməliyyat keçirilir.

Bundan əvvəl Ukraynanın Lutsk şəhərində naməlum şəxs avtobusun sərnişinlərini tutmuşdu.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*