Yeni ilin yaxınlaşması ilə əfv sərəncamının imzalanıb-imzalanmayacağı yenidən ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Maraqlıdır, Yeni il ərəfəsində əfv gözlənilirmi?
Məsələyə münasibət bildirən tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu KONKRET.az-a açıqlamasında ümidli olduqlarını deyib.
Onun sözlərinə görə, bu il də əfv gözləntiləri xeyli yüksəkdir:
“Gözləyirik! Həmişəki kimi çox ümidimiz var! Çünki Əfv Komissiyası bir il boyu işləyib. Bu gün qarışıq dünyada bizim hamımızın bir yerdə olmağı vacibdir!” – deyə hüquq müdafiəçisi bildirib.
Cəfəroğlu qeyd edib ki, komissiyanın fəaliyyəti və müraciətlərin qiymətləndirilməsi prosesinin intensivliyi əfv sərəncamının imzalanacağına dair gözləntiləri artırır.
Aynurə İsmayıl
KONKRET.az

