TƏHDİD: Qondarma soyqırımı dəstəkləyən ABŞ senatorları və konqresmenlərinin sayı artırbackend

TƏHDİD: Qondarma soyqırımı dəstəkləyən ABŞ senatorları və konqresmenlərinin sayı artır

ABŞ Nümayəndələr Palatasının 110-dan çox üzvü və 18 ABŞ senatoru 1915-ci il qondarma soyqırımı ilə əlaqədar qətnamələrə qoşulublar. Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytı məlumat yayıb.

KONKRET.az yerli saytlara istinadən bildirir ki, Nümayəndələr Palatasının 296 saylı qətnaməsi (ABŞ-ın Erməni Soyqırımı ilə bağlı Protokolunun Təsdiqi) respublikaçı Adam Şiff tərəfindən bu il aprelin 8-də təklif edilib, Senatın 150 saylı qətnaməsi (ABŞ-ın Erməni Soyqırımını rəsmi olaraq tanıması ilə bağlı mövqeyi) senator Robert Menendez tərəfindən bu il aprelin 9-da irəli sürülüb.

Eyni zamanda, ANCA “ABŞ tərəfindən bu cinayətin inkar edilməsini aradan qaldırmaq üçün erməni soyqırımının tanınmasını möhkəmləndirmək” adlı bir müraciəti də dəstəkləməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*