Təhlükəsizlik işçiləri küçədə gənc qızın saçlarından tutub sürüklədi – VİDEObackend

Təhlükəsizlik işçiləri küçədə gənc qızın saçlarından tutub sürüklədi – VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Kustanay vilayətində təhlükəsizlik işçiləri bir qızın saçlarından tutaraq yerlə sürükləyiblər, sonra isə maşına mindirərərək aparıblar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, video İnstagramdakı “Bizim Kustanay” səhifəsində yayımlanıb.

Sonradan polis bunun qız olmadığını üzə çıxarıb.

Kustanay vilayət polis idarəsindən bildirilib ki, videonun yayımlanmasından sonra polis Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin “Şəxsi təhlükəsizlik işçilərinin səlahiyyətlərindən kənara çıxması” maddəsinin 1-ci hissəsinə uyğun olaraq məhkəməyə qədər istintaq başlatmağı düşünür.

Polis, həmçinin əlavə edib ki, 13 may saat 16.00 radələrində Abay və Bıkovski küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsində qız pəncərələri sındırıb və asfalt qoyan işçilərə hücum edib.

Yanacaqdoldurma məntəqəsinin operatoru “SOS” düyməsini basıb və hadisə yerinə “Arıstan” sürətli cavab qrupu gəlib.

Cinayətkarı tutmaq istəyərkən mühafizəçilərə hücum edib. Birinin üzünü, digərinin isə qulağını cırıb.

Gənc qız cənub polis şöbəsinə aparılıb. Şəxsiyyət proseduru ilə qızın paytaxtdan gələn 1988-ci il təvəllüdlü bir oğlan olduğu ortaya çıxıb.

Onun hərəkətlərinə ilkin material toplandıqdan sonra hüquqi qiymət veriləcək.                                                                        

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*