ABŞ-nın Mississippi ştatında ağılasığmaz hadisə yaşanıb. Haker uşaqların təhlükəsizliyi üçün otağa yerləşdirilən kameranı ələ keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, haker qorxunc şəkildə otaqda olan 8 yaşlı qız ilə danışıb. Azyaşlı həyəcandan nə edəcəyini bilməyib. Hadisə balacanın valideynlərini və yaxınlarını narahat edib.
Otaqdakı kameranın sahibi olan şirkət, istifadəçi təhlükəsizliyinin önəmli olduğunu vurğulayaraq hadisənin araşdırıldığını bildirib.
Uşağın yaşadığı qorxulu anlar anbaban lentə alınıb:
Hazırladı: Günel MUSEYİB