“Təhminə”nin aktrisası insult keçirdi – FOTObackend

“Təhminə”nin aktrisası insult keçirdi - FOTO

Moskvada yaşayan 75 yaşlı azərbaycanlı aktrisa insult keçirib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, qonşu ölkədə fəaliyyət göstərən Larisa Xələfova hazırda xəstəxanada müalicə alır.

Bu barədə Aktyorlar Agentliyinin rəhbəri Səbuhi Məmmədov öz sosial media hesabında məlumat verib.

Aktrisanın bütün xərclərini qızı Elnarə Vəzirova qarşılasa da maddi yardıma ehtiyacları olduğu vurğulanıb.

Xatırladaq ki, Larisa Xələfova 1950-ci il yanvarın 29-da Bakıda anadan olub. 1972-1974-cü illərdə – Sverdlovsk Dram Teatrında, 1975-ci ildən S.Vurğun adına Azərbaycan Rus Dram Teatrında çalışıb.

1966-cı ildən kinoda – ilk rolu “İstintaq davam edir” filmindəki Dilyarə olub. O, “Təhminə” filmində “Mədinə” obrazına həyat verib. Aktrisa 30-a yaxın filmdə çəkilib. “Sən həmişə mənimləsən”, “De ki, məni sevirsən!”, “Kənar adamlar”, “Şir evdən getdi” bunlardan bir neçəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*