Tehranın Kən bölgəsində tullantı malları toplayaraq satmaqla ailələrini dolandıran uşaqların sayı kəskin artıb.
KONKRET.az-ın məlumatına görə, “Azad İran” Teleqram kanalı xəbər verir ki, Tehran Ədliyyə İdarəsinin məsul səxsi Əli Dizəci deyib:
“Tehran şəhərində 50 minə yaxın zibil qutusu var ki, burada təxminən 4700 uşaq, yeniyetmə və ya böyükyaşlı işləyir!”
Qeyd edək ki, İranda belə çox sayda insanın zibil qutularından əşyalar toplayıb satmaqla dolanması təkcə Tehran və digər böyük şəhərlərlə məhdudlaşmır. Ölkənin demək olar ki, bütün kiçik şəhər və bölgələrində də eyni vəziyyət hökm sürür.