Təhsil haqqında mühüm qanun niyə gecikir?backend

Təhsil haqqında mühüm qanun niyə gecikir?

“Ali təhsil haqqında” qanun layihəsinin qəbul olunmasının gecikməsinin səbəbləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sədr Bəxtiyar Əliyev danışıb.

O qeyd edib ki, ötən ilini noyabr ayının sonunda bu qanun layihəsinin birinci oxunuşu üçün iclas nəzərdə tutulurdu.

“Bildiyiniz kimi, müvafiq icra orqanlarına təklif və rəylər üçün göndərmişdik. Onlardan bizə çoxlu təkliflər daxil oldu. Nazirliklə məsləhətləşmələrdən sonra qərara gəldik ki, bir neçə müvafiq icra hakimiyyəti orqanlarına qanun layihəsini yenidən göndərək. Amma düşünürəm ki, yaz sessiyası çərçivəsində biz qanun layihəsini müzakirəyə çıxara biləcəyik. Bilirik ki, bütün ali təhsil müəssiələri bu qanun layihəsinin qəbul olunmasını gözləyir”,- deyə komitə sədri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*