Təhsil naziri: “Məktəblərin yenidən qurulması və təmiri üçün yüz milyonlarla dollara ehtiyacımız var”backend

Təhsil naziri: "Məktəblərin yenidən qurulması və təmiri üçün yüz milyonlarla dollara ehtiyacımız var"

KONKRET.az xəbər verir ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Harutyunyan özünün Facebook səhifəsində Gegharkunik bölgəsindəki Draxtik kəndinin məktəbi ilə bağlı yazılanlara münasibət bildirib. O, “belə məktəblərin bərpası və təmiri üçün yüz milyonlarla dollara ehtiyacımız var”, – deyə qeyd edib.

“Əziz həmvətənlər, bu saat Facebookda Draxtikdəki məktəbin vəziyyətinin dəhşətli fotoları var. Bu problem barədə bilirəm, şəxsən bu məktəbə baş çəkdim. Yüzlərlə belə məktəbi sələflərimizdən miras aldıq. Bu bir milyon, iki milyon, iyirmi milyon, hətta yüz milyon dramdan ibarət bir məsələ deyil. Məktəblərin yenidən qurulması və təmiri üçün yüz milyonlarla dollara ehtiyacımız var.

Bilirsiniz ki, son bir il yarım ərzində onlarla məktəbdə yenidənqurma işlərinə başlamışıq və qısa müddət ərzində bununla bağlı hərtərəfli məlumat təqdim edəcəyik. Yalnız növbəti ildə kapital xərclərimiz dörd qat artıb. Bir-birinin ardınca bütün məktəbləri yenidən quracağıq və təmir edəcəyik. Bizə sadəcə vaxt lazımdır.

Bu gün qubernator Qnel Sanosyanla danışdım. Qubernator bu il müxtəlif yollarla pəncərələrin dəyişdirildiyini söyləyib. Hazırda digər həll yolları təklif olunur, məktəb üçün istilik sisteminin quraşdırılması üçün işlər görülür”, – deyə nazir yazır.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*