Təhsil nazirinin müavini vəzifəsindən azad edildi – Dissertasiyası PLAGİAT olduğuna görəbackend

Təhsil nazirinin müavini vəzifəsindən azad edildi - Dissertasiyası PLAGİAT olduğuna görə

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna Qazaxıstan Baş Nazirinin mətbuat xidmətindən verilən məlumata görə, hökumətin qərarı ilə Yaqubova Fatima Nadirovna şəxsi ərizəsinə əsasən təhsil və elm nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, bundan əvvəl Təhsil və Elm Nazirliyinin inzibati işlər və dövlət satınalmaları departamentinin keçmiş direktoru Anarə Qahirbəyova təhsil və elm nazirinin müavini Fatimə Yaqubovanın işinin plagiat testinə görə, dissertasiyanın yalnız 40%-nin orijinal olduğunu bildirmişdi.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Yaqubova cavab olaraq bu açıqlamanı “media şantajı” adlandırmışdı. Keçmiş vitse-nazirin sözlərinə görə, onun işi iki böyük anti-plagiat sistemi ilə Rusiya və Polşa tərəfindən sınaqdan keçirilib. Eyni zamanda, o, sosial şəbəkərlər bu sınaqların şəklinin paylaşaraq, üzərində “əmsalların yüksək dəyərləri plagiat demək deyil” yazısına diqqət yönəldib.

Yaqubova plagiat əmsalının yüksək olmasını, dissretasiyada mənbəyə işarə etsə də, proqramın yazını bazadakı mətnlərlə mexaniki şəkildə müqayisəsi ilə əlaqələndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*