Azərbaycanda tələbə vəfat edib.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Univeristetinin tələbəsi Sadıqov Nicat Samid oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bildirilib ki, Nicat səhhəti ilə əlaqədar ötən ildən – III kursdan təhsilini dayandırmışdı.
Qeyd edək ki, Nicat Sadıqov 6 aprel 1998-ci ildə Bərdə rayonunda anadan olub, 2018-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirərək, subbakalavr kimi Azərbaycan Texnologiya Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul olub.