Təl-Əviv dünyanın ən bahalı şəhəri oldubackend

Təl-Əviv dünyanın ən bahalı şəhəri oldu

Təl-Əviv bir il ərzində beş pillə irəliləyərək ən bahalı həyat səviyyəsinə malik şəhərlərin reytinqində birinci yeri tutub.

KONKRET.az xəbər veirr ki, bu barədə Britaniyanın “Economist Group” şirkətinin analitik bölməsi olan “Economist Intelligence Unit”-in araşdırmasında məlumat verilib.

Bildirilib ki, İsrail şekelinin ABŞ dollarına nisbətdə sürətlə artması, eləcə də ərzaq, spirtli içkilər və nəqliyyatın bahalaşması səbəbindən ilk dəfə olaraq Tel-Əviv reytinq cədvəlinə başçılıq edib.

Reytinqdə ikinci yeri bir il əvvəl Honq-Konq və Sürixlə bərabər ən bahalı şəhərlər siyahısına başçılıq edən Paris tutub. Yeni reytinqdə Paris Sinqapurla ikinci, Sürix və Honq Konq isə müvafiq olaraq üçüncü və dördüncü yerdə qərarlaşıb. Dünyanın ən bahalı şəhərləri onluğuna Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles və Osaka da daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*