“Tələbə dərsə çimərlik geyimində gəlməyibsə…” – Ekspert rəyləribackend

“Tələbə dərsə çimərlik geyimində gəlməyibsə...” - Ekspert rəyləri

Ötən gün də Tibb Universitetinin müəllimlərindən birinin sosial şəbəkədə etdiyi paylaşım birmənalı qarşılanmayıb. Müəllim fotosunu paylaşdığı tələbələrini geyim tərzlərinə görə dərsə buraxmadığını bildirib. Bu paylaşım sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və və ali təhsil müəssisələrində geyim mövzusu yenidən gündəmə gəlib.

Bəziləri sözügedən paylaşımı edən müəllimi qınayaraq, təhsilin geyimlə ölçülməməli olduğunu, tələbələrə biliyinə görə qiymət verilməli olduğunu iddia edib, digərləri isə hər bir tələbənin geyiminə fikir verməli olduğu fikrini müdafiə edib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı öz fikirlərini paylaşan təhsilin idarəolunması üzrə mütəxəssis Adil Vəliyev bildirib ki, yaşından asılı olmayaraq hər kəs getdiyi yerə uyğun geyinməlidir:

“Ümumiyyətlə, yaşından-başından asılı olmayaraq getdiyin yerə uyğun geyinməlisən. Toyun toy geyimi var, səyahətin səyahət. Təhsil müəssisəsinə gələn tələbə də, müəllim də getdiyi məkana uyğun geyim seçməlidir”.

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, tələbənin tələbə geyimi olar, lakin müəllimə o haqq verilmir ki, təhsilalanı təhqir etsin, dərsə buraxmasın:

“Tələbənin tələbə geyimi olar, bu başqa məsələ, amma tələbə dərsə çimərlik və ya ziyafət geyimində gəlməyibsə, hansısa müəllimin o haqqı yoxdur ki, tələbəni təhqir etsin, dərsinə buraxmasın. Müasir təhsil, müasir yanaşmadan məlumatsız olan və 1-2 aylıq təcrübə ilə özlərini uzman, qılman elan edənlər, başa düşməlidir ki, tələbəyə qiyməti onların biliyinə görə verə bilərsiniz, geyimlərinə və ya imiclərinə görə yoxl!

Müasir təhsil şəxsiyyətyönümlüdür. Şəxsiyyətin açaldılması yolverilməzdir. Yanaşma isə tələbədə bilik və bacarıqları formalaşdırmaq və səriştəyə çevirməkdir. Dünyanın inkişaf etməkdə olan ölkələrində də geyim forması dəyişkəndir. Elə ATM-lər var ki, onlarda dress-kodlar var, elələri var ki, sərbəst geyim formasıdır. Bizim tələbələr kimi geyinənləri də az deyil”.

Onun sözlərinə görə, universitetlərin vahid geyim forması yoxdursa, bunu tələbələrdən tələb etmək düzgün deyil:

“Ola bilər ki, hansısa tələbənin geyimi etik deyil, yaxşı olar ki, onu canıyananlıqla dəvət edərək tələbə ilə fərdi qaydada söhbət aparılsın və daşıdığı sosial statusu izah olunsun. Daha təhqiramiz ifadə ilə bullinqə məruz qoymağa rəvac vermək və dərsə buraxmamaqla təhdid etmək doğru deyil”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*