“Telegram”da baş verən nasazlığın səbəbi açıqlandıbackend

"Telegram"da baş verən nasazlığın səbəbi açıqlandı

Yaxın Şərqdə davam edən münaqişə fonunda “Telegram” görünməmiş yüklənmə ilə üzləşib və bu, mesencerin fəaliyyətində müvəqqəti problemlərə səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Telegram” komandası məlumat yayıb.

“Yaxın Şərqdə, xüsusən də İsrail, Livan və İranda baş verən son hadisələrlə əlaqədar “Telegram” görünməmiş yüklənmə ilə üzləşib. Son bir neçə gün ərzində bəzi istifadəçilər müvəqqəti əlaqə problemləri və media fayllarına daxil olmaqda çətinlik çəkə bilər.

Texniki komandamızın səyləri sayəsində “Telegram” əksər ölkələrdə əlçatan olaraq qalır və bütün problemlər artıq tam həll olunub”, – məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 1-də “Telegram”da genişmiqyaslı nasazlıq yaranıb: mesaj göndərmək mümkün olmayıb, “Telegram” kanallarında məlumatlar yenilənməyib. Çətinliklər İranın İsrailə qarşı kütləvi raket hücumu fonunda yaranıb. “Jerusalem Post”un məlumatına görə, həmin vaxt İran 500-ə yaxın raket atıb.

Bir gün əvvəl də “Telegram”ın işində nasazlıq yaranıb. “Downdetector” xidmətinin məlumatına görə, mesencerin qeyri-sabit işləməsi ilə bağlı ilk şikayətlər Bakı vaxtı ilə 14:29-da daxil olmağa başlayıb. Problem bir neçə saat davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*