“Telegram” Ukraynada BLOKLANIR?backend

"Telegram" Ukraynada BLOKLANIR?

“Ukrayna hakimiyyəti öz təhlükəsizliyinə təhdid hesab etməsinə baxmayaraq, hələ ki, ölkədə Telegram-ı bloklamaq fikrində deyil”.

KONKRET.az xəbər verir ki,  barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDC) rəhbəri Andrey Kovalenko bildirib.

“Telegram”ın bloklanması məsələsi indi gündəmdə deyil” – deyə Kovalenko bildirib. Mərkəzin rəhbəri əlavə edib ki, işçi qruplar Ukrayna hərbçilərinin, siyasətçilərinin və dövlət sirlərinə çıxışı olan məmurların “Telegram”dan necə təhlükəsiz istifadə edə biləcəyini müzakirə edirlər.

Eyni zamanda, Ali Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişinin sözlərinə görə, “Telegram”ın qadağan edilməsi və bloklanması Kiyevin yalnız kritik ehtiyac yarandıqda istifadə edə biləcəyi son çarədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*