“Telegram” və “WhatsApp” platformalarında uzun müddətdir mövcud olan səsli şərh funksiyası “YouTube”a da əlavə ediləcək.
KONKRET.az xarici mənbələrə istinadən xəbər verir ki, bu yeni funksiya ilə istifadəçilər şərhlərini audio formatda yaza biləcəklər. Səsli şərhlər hazırda ThioJoe (3,1 milyon abunəçi) kimi bir neçə böyük ingilisdilli məzmun yaradıcıları ilə sınaqdan keçirilir.
Funksiya hazırda yalnız “Android” və “iOS” platformalarında mövcuddur və Google tərəfindən hələ rəsmi açıqlama verilməyib. Həmçinin, səsli şərhlərin bütün istifadəçilər üçün əlçatan olub-olmayacağı və ya yalnız məzmun yaradıcılarının öz videolarına şərh vermə imkanına sahib olacağı dəqiqləşməyib.//Milli.Az