Əməkdar incəsənət xadimi, fleytaçı Telman Hacıyev vəfat edib.
KONKRET.az bakupost.az-a istinadən xəbər verir ki, sənətçinin vəfat səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, o, “İncəsənətin sosial fəallığı”, “Avestadan bu günədək”, “Mənim müdrik müasirim” kimi kitablarının müəllifidir.
Xatırladaq ki, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Telman Hacıyev 1937-ci ildə Bakıda anadan olub.