Temperaturu olan həkim Trampı bərk qorxutdu – VİDEObackend

Temperaturu olan həkim Trampı bərk qorxutdu - VİDEO

ABŞ prezidenti Donald Tramp temperaturu olduğunu bildirən həkim Deborah Briksin yanından tələsik uzaqlaşıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı MSNBC telekanalı yayıb.

Nəşr bildirir ki, həkimin çıxışı zamanı maraqlı bir hadisə baş verib.

Briks danışarkən xatırladıb ki, həftə sonu koronavirus işçi qrupunun brifinqində qızdırması olduğuna görə iştirak etməyib.

Qadının xəstəlik barədə dediklərindən sonra Tramp onun yanından uzaqlaşıb.

Deborah Briks koronavirus testi etdiyini və bunun mənfi nəticə verdiyini əlavə edib.

Bu sözlərdən sonra gülümsəyən Tramp yenidən ona yaxınlaşıb.

“Söylədiyiniz üçün təşəkkür edirəm”. Ağ Ev rəhbəri belə deyib.

Daha əvvəl Melaniya Trampın koronavirus testindən keçdiyi bildirilmişdi.

Həm də xatırladaq ki, Tramp koronavirus səbəbindən Çini yenidən tənqid edib. Deyib ki,  Çin ABŞ-a vaxtında COVID-19 təhlükəsi barədə xəbərdarlıq etməyən çox gizli bir ölkədir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*