backend

Təqaüdçünü vəhşicəsinə öldürdü - videosunu sevdiyi qıza göndərdi

Konkret.az-ın Belarus ölkəsi üzrə bürosu xəbər verir ki, Minsk Vilayət Məhkəməsi tərəfindən 64 yaşlı təqaüdçünü xüsusi amansızlıqla qətlə yetirdiyinə görə 22 yaşlı gənc 18 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli islah-əmək koloniyasında çəkməli olacaq.

Yerli KİV-in yazdığına görə, qətli törədərkən gənc sərxoş olub. Cinayətin təfərrüatlarında isə bildirilir ki, qatil əvvəlcə təqaüdçünü şiddətli şəkildə döyüb: çəkiclə onun əl və ayaqlarına ən azı 34 zərbə endirib.

Pensiyaçı zərbələrdən yerindəcə keçinib.

Cani telefonla qocanın döyülməsini videoya çəkib, sonra İnternetdə tanış olduğu sevgilisinə göndərib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*