Təqaüdə çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Əgər pensiya kapitalını tam yığmısınızsa…backend

Təqaüdə çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Əgər pensiya kapitalını tam yığmısınızsa...

Azərbaycanda vətəndaşın pensiya kapitalını, yəni tələb olunan iş stajı və sosial ödənişlərini tam şəkildə toplaması belə, ona dərhal pensiya hüququ vermir. Bunun üçün əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmaq da tələb olunur. Maraqlıdır, əgər vətəndaş pensiya kapitalını (iş stajı və ödənişləri) tam doldurubsa, niyə pensiya almaq üçün müəyyən yaş həddini gözləməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, ölkədə tətbiq edilən pensiya sistemi yalnız staj və yığıma əsaslanmır, eyni zamanda yaş həddini də vacib şərt kimi irəli sürür:

Əkrəm Həsənov: “Devalvasiya nə bu il, nə də növbəti ilin əvvəlində ola  bilər”

“Bu, sistemin quruluşu ilə bağlıdır. Qanunvericiliyə əsasən, şəxs pensiya almaq üçün həm müəyyən qədər kapital toplamalı, həm də pensiya yaşına çatmalıdır. Bu yanaşma dövlətin mövcud imkanlarına görə formalaşıb. Əgər yaş məhdudiyyəti olmasa, yığılan sosial sığorta haqları ilə hər kəsə pensiya ödəmək mümkün olmaz.”

Ekspert bildirir ki, bəzi ölkələrdə bu sahədə fərqli və daha çevik modellər tətbiq edilir. Amma Azərbaycanda əsas məqsəd pensiya fondunun dayanıqlığını qorumaqdır:

“Əgər yaş həddi aradan qaldırılsa, mövcud kapital kifayət etməyəcək və bu da sistemin çökməsinə gətirib çıxara bilər. Bu gün onsuz da pensiya sistemində qeyri-bərabərlik müşahidə olunur. Məsələn, dövlət qurumlarında çalışanlar daha yüksək pensiya alırlar, halbuki onların topladığı kapitalla özəl sektorda çalışanların kapitalı arasında ciddi fərq olmur.”

Əkrəm Həsənov hesab edir ki, bu sistemdə islahatlara ehtiyac olsa da, yaş məhdudiyyətinin aradan qaldırılması hazırda real görünmür:

“Sadə dillə desək, bu, bir qənaət mexanizmidir. Dövlət pensiya yaşını saxlamaqla maliyyə yükünü tənzimləməyə çalışır.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*