backend

Tərk edilmiş, ölü şəhərlər - bir zamanlar insanlar orda məskən salmışdı...

Rusiya höküməti həyəcan təbili çalır: 15 il ərzində Rusiyanın kiçik şəhərlərinin əhalisi 1,5 milyon nəfər azalıb. İnsanlar dovşan kimi oradan qaçırlar, qalanları  isə  yoxsulluqdan və keyfiyyətsiz tibbdən ölürlər. İnsanların meqapolislərdə yaşamaq və işləmək istəyi ilə mübarizə aparmağın lazım olub-olmadığını və rus kəndlərin aqibəti barədə siz “Komsomolskaya pravda” materiallarının birindən oxuya bilərsiniz.

Qeyd etmək lazımdı ki, bu problem Qazaxstanda da aktualdır. Lakin bu gün biz bu problemi bir az fərqli rakursdan nəzərdən keçirtmək istəyirik. Caravan.kz media portalı Qazaxıstanın ən məşhur tərk edilmiş şəhərlərindən xatırlamaq, oxuculara onların tarixi  və indi niyə heç kimə  lazım olmadığının səbəbləri barədə danışmaq qərarına gəlib.

JANATAS

Janatas Sovet illərində

Janatas, yəgin ki, Qazaxıstanın ən iri tərk edilmiş şəhərlərindən biridir. 1969 –cu ildə xəritədə Janatas “yeni daş” adı ilə bir çox şey vəd edən yeni şəhər  peyda oldu.

Janatasda hələ də belə yaşayış binaları var

Həmin illərdə ölkədə mədənçıxarma sənayesi sürətlə inkişaf edirdi. Ona görə də həmişə olduğu kimi, şəhərlər iri sənaye müəssisələrinin ətrafında tikilirdi və əsas əhalisi də elə fəhlələrin ozləri təşkil edirdi. Şəhərin sənayesi əsasən fosfat hasilatı sahəsində ixtisaslaşmışdı.

Janatas Çernobılı xatırladır

Şəhərin tənəzzülü elə eynidir: SSRİ dağılandan sonra istehsal və hasilat dayandı, demək olar ki, bütün sakinlər şəhəri tərk etmişdilər, ancaq çarəsizlik hələ də qalırdı. Xoşbəxtlikdən şəhərdə su kəməri var. Elektrik gündə bir neçə saat verilir. Fosforit üzrə hasilat kombinatını işə salmaq cəhdləri belə uğursuz nəticələndi. Düzünü desək, şəhər yox həddinə çatmışdı. Lakin bir neçə il bundan əvvəl imkansız görünən bir hadisə baş verdi – Janatas canlanmağa başladı. Qəza vəziyyətində olan beşmərtəbəli binaları sökməyə başladılar, yaxşı vəziyyətdə olanları isə rekonstruksiya edib oraya insanları yerləşdirməyə başladılar. Ümüd edək ki, hakimiyyət yavaş addımlarla olsa da belə, Janatası yenidən həyata qaytara bilər.

Priozyorsk

Priozyorsk – atılmış bu şəhərdə indi azərbaycanlılar yaşayır

Qazaxıstanın Qaraqanda vilayətinin qapalı  şəhəri,  Sarışaqan poliqonunun inzibati mərkəzi. Balxaş gölünün Korjıntubek yarımadasında Betpak-Dala səhrasında yerləşir. Şəhər 1956-cı ildə salınıb, Sarışağan raketdən müdafiə sisteminin sınağ poliqonu kimi salınıb. Şəhər əhalisi əsasən poliqonun hərbi və mülki personalından ibarət idi. Qəsəbə SSRİ və ABŞ arasında silah yarışı meydanına çevrilib.

Hökümə əlindən gələni edir ki, Balxaş gölünə yaxın olduğu üçün bura turustlər cəlb etsin

Şəhərdə Raketdən Müdafiə sistemi üçün raketutma tədqiqatları  aparılırdı.  Bu tədqiqatlara görə,  ABŞ ilə silah yarışı əsas prioritet idi. Artıq iki supergüc arasında nüvə müharibəsi təhlükəsi dünya siyasətinin aktual problemi deyil.

Priozyorsk Qazaxıstanın “müdafiəsi” ilə sıx bağlı olan iki xüsusi  şəhərlərindən biridir.

Bu şəhərin qalıqları SSR-nin tarixini xatırladır

Silah yarışının inkişaf illərində Balxaşın qərb sahilində yerləşən tam məxfiləşdirilmiş şəhərdə əsasən hərbi formada təxminən 100 min nəfər yaşayırdı, o vaxtlar heç bir başqa vilayətlərdə olmayan 60 mehmanxana, gözəl mədəniyyət sarayları, restoranlar fəaliyyət göstərirdi. Deyirlər ki, SSRİ dağılandan sonra bəzi obyektlər Rusiya Federasiyasının icarəsindədir. Priozyorskda  14 min nəfərə yaxın əhali yaşayır, onların yarısı ruslardı. Bu şəhərdə azərbaycanlılar da var və əksəriyyəti kafe-restoran biznesi ilə məşğuldur. Şəhərdə olan  90 çoxmərtəbəli binadan “salamatı qalan” təxminən 40 binadır. Şəhərdə heç bir sənaye, infrastruktur və iş yoxdur. Qeyd edək ki, bu yaxınlarda Priozyorsk haqda pozitiv malumatlar almışıq. Turizm sahəsində burada bir neçə layihələr hayata keçirilir. 2020-ci ildə burada ekoloji təmiz kənd tipli iki istirahət zonasının açılması planlaşdırılır. Qaraqanda  vilayətinin mətbuat xidmətinin məlumatına görə, bu ilin iyun ayında şəhərdə həmçinin yeni otellər  də tikiləcək.

Emba-5

Emba-5 – bir vaxtlar şəhər çox möhtəşəm görünürdü

Bu şəhər Aktyubinsk vilayətində yerləşir, indiki adı isə – Jemdir. O, Emba şəhərindən 11 km aralıda yerləşir. Əvvəllər bura SSRİ-nin Müdafiə Nazirliyinin 11-ci Dövlət Elmi Araşdırma sınaq poliqonu idi. 1960-cı ildə yaranmış bu poliqon “Kruq” zenit-raket kompleksinin sınağı və digər yeni hərbi araşdırmalar məqsədi ilə yaranmışdı.

Emba-5-Nostalgiya ilə qidalanan ruhlar şəhəri

60-cı illərin sonlarında həyat üçün bütün zəruri infrastruktur yaradılmışdı və hamı çox xoşbəxt idi. Bu poliqon 1999-cu ildə Kapustin Yara köçürüldü. Şəhər  Qazaxstana verildi. Şəhərdə raket və silahlar artıq olmasa da, kədərli və depressiv atmosfer hələ də hiss olunur.

Arkalık

Bu yarı tərkedilmiş şəhər Qazaxıstanın mərkəzi hissəsində yerləşir. Əvvəlcə Arkalık qəsəbəsi boksit yataqları olan yerdə yaranmışdı, tədricən böyüyərək 1965 –ci ildə Turqay bölqəsinin mərkəzi olaraq şəhər statusunu aldı.

Arxalıq da demək olar bu şəhərə. Vaxtilə SSRİ-yə arxa olan şəhərlərdən sayılırdı

SSRİ-nin hər yerindən Arkalıka gənclər gəlirdilər: şəhər inkişaf edirdi, bir çox sənaye müəssisələri yaradıldı. Böyük hava limanı işə başladı və təyyarə mühərrikləri fabriki tikildi. Şəhər reqionun sənaye mərkəzlərindən birinə çevrilməyə hazırlaşırdı. Ancaq SSRİ-nin dağılması ilə hər şey dəyişdi. Turqay bölgəsi digər bölgərdən xeyli qeridə qalırdı və bu, bölgənin bölünməsinə səbəb oldu. Arkalıkda infrastruktur dağıdıldı,  istehsal yararsız vəziyyətə düşdü. İnsanlar buranı kütləvi şəkildə tərk etdilər. Şəhərin özü isə rayon mərkəzi  statusunu aldı. Bəzi mikraroyonlar tamamilə tərk edilmişdilər, qalan bütün sakinlər şəhər mərkəzinə köçürülmüşdü.

Arkalık – Bu şəhər qiyamət gününü xatırladır

Qeyd etmək lazımdı ki, şəhər əvvəldən heç bir şəraiti olmayan mədən yataqları üzərində salınmışdı. Arkalıkda etibarlı su təchizatının olmaması səbəbi ilə burada Aliminium Zavodunun tikilməsi ehtimalları da heçə endi .

Hələ 2014-ci ildə Arkalıkın perspektivləri haqqda investisiya və inkişaf üzrə nazir müavini və hazırda Qazaxıstan Parlament Məclisinin deputatı Albert Rau danışıb.

Yerli sakinlər hələ də ümid edir ki, şəhər əvvəlki həyatına qayıdacaq

Ancaq son beş ildə vəziyyət biraz dəyişib. Və bu gün 28 min sakin  və onlarla birlikdə 13 min ətraf kəndlərin sakini dövlətin dəstək strateqiyasına ümid edirlər.

RTİ-Saran

RTİ – tərk edilmiş şəhər tipli bir qəsəbədir, rezin məhsulları zavodunun  ətrafında inşa edilmişdi. Zavod işləyən zaman qəsəbədə 25 min nəfər yaşayırdı, lakin 2013-cü ilə kimi sakinlərin sayı heç 2 minə belə çatmırdı.

Rti-Saran – qəsəbədəki həyatdan əsər-əlamət qalmayıb

1994-cü ildə zavod iflas oldu. İnsanlar işsiz qaldığından Saranda  qalmağın heç bir mənasını görmürdülər. Evlər boşalmışdı, yalnız yaşlı insanlar və aztəminatlı ailələr evlərini tərk edə bilmirdilər. Bir müddət sonra müəssisə yenidən işə salındı, bəzi mütəxəssislər qeri qayıtdı, ancaq qəsəbədəki həyat əvvəlki kimi qaynar olmadı.

2010-cu ildə RTİ ərazisində psixo-nevroloji dispanser işə başladı.

Həmçinin RTİ ərazisində bir çox tərkedilmiş tikintilər peintbol və airsoft oyunları üçün müxtəlif poliqonlar yaratmağa imkan yaratdı. Bundan əlavə, burada Qaraqandanın roup-djampinq mərkəzlərindən biri yerləsir.

 

Tərcümə etdi: Leyla Yaqubova,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*