backend

“Terror hücumlarını Paşinyan hökuməti təşkil etmir” - Rəsul Quliyev

“Noyabrın əvvəllərində ermənilər acınacaqlı vəziyyətləri ilə barışmışdılar və Azərbaycandan imdad xahiş etməyə hazır idilər. Müqaviləyə imza atandan sonra keçmiş ay yarım müddətində Yuxarı Qarabağda ermənilər yenidən qudurdu və daima azərbaycanlılara qarşı terror etməklə, hansısa kəndi ələ keçirməklə məşğuldurlar. Rusiyanın “sülh məramlı qüvvələri” erməni terrorçularını müdafiə etməyə üstünlük verirlər. Azərbaycanı faktiki Laçın rayonuna buraxmırlar. Yuxarı Qarabağda silahlı qüvvələri tərksilah etmirlər”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

Sabiq spiker bildirib ki, Azərbaycan faktiki Laçın dəhlizi ilə Ermənistandan gələn ermənilərin kim olduğuna nəzarət etmək hüququna malik deyil:

“Bir sözlə, Rusiya Federasiyasının Donbasda apardığı siyasət eyni ilə Azərbaycana tətbiq edilir və bu siyasət “sülh məramlıların” sayını artırmağa xidmət edir. Hazırda Xocalı aeroportuna “sülh məramlılar” tərəfindən nəzarət edilir. Oraya nə gətiriləcəyini, kimlərin gələcəyini Azərbaycan nəzarət edə bilməz…

Azərbaycanın sülh məramlıların texnikasının sayına nəzarət etmək mexanizmi yoxdur. Yaranacaq monitorinq qrupu bunların hamısına nəzarət etməlidir. Və 60 nəfərlə bu işi görmək praktiki mümkün deyil.

Hesab edirəm ki, Monitorinq Mərkəzi ora gətirilən yüklərin nədən ibarət olduğunu, sərhədi keçən ermənilərin kimlər olduğunu nəzarət etmək imkanına malik olmalıdır. Bir sözlə, Yuxarı Qarabağda erməni işğalını Rusiya Federasiyasının işğal etməsinə çevirməyə heç bir halda yol vermək olmaz!

Əminəm ki, Paşinyan hökuməti bu terror aksiyalarını təşkil etmir. Ümumiyyətlə, bu əməliyyatlardan onların heç xəbərləri belə olmur. Praktiki olaraq Paşinyan hökuməti onların qarşısını almaq imkanlarına malik deyil. Bu əməliyyatları təşkil edən rusların nəzarəti altında olan, özünü dünyada olmayan dövlətin “prezident” adlandırıb “sülhməramlıların” generalı ilə qucaqlaşıb öpüşən və ən əsası bu şəkilləri yayan terrorbaşı Arutunyandır!

Düşünürəm ki, bu təxribatların qarşısı alınmasa biz üçüncü Qarabağ müharibəsinə sürüklənəcəyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*