Amerikan Associated Press xəbər agentliyi, son altı ayda Əfqanıstanda tutulan DEAŞ terror təşkilatının üzvlərinin şəkillərini paylaşıb.
KONKRET.az terrorçular və ailələri yerli və beynəlxalq mətbuatda nümayiş olunub.
Həbs edilən 700-dən çox DEAŞ üzvü arasında 75 qadın və 159 uşaq var. Onların əksəriyyəti xarici ölkə vətəndaşıdır. 277 terrorçu Pakistan, İordaniya və Orta Asiya ölkələrindəndir.
Hazırda Əfqanıstanın demək olar ki, yarısı Taliban terror təşkilatının nəzarəti altındadır.
Hazırladı: Günel MUSEYİB