Terrorda şübhəli bilinən iki nəfər SAXLANILDIbackend

Terrorda şübhəli bilinən iki nəfər SAXLANILDI

Moskva vilayətində “Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara əsasən, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

Xatırladaq ki, ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 115-dən çox adam ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*