Terrorla bağlı son təfərrüatlar – Ölənlərin sayı artacaqbackend

Terrorla bağlı son təfərrüatlar - Ölənlərin sayı artacaq

Amerika Birləşmiş Ştatları öncədən Rusiyada terror aktları təhlükəsi barədə təkcə açıq şəkildə deyil, həm də özəl olaraq rusiyalı məmurlara məlumat verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin kəşfiyyat məlumatı martın 7-də Rusiya tərəfinə çatdırılıb.

ABŞ-nin kəşfiyyat strukturları İŞİD-in Əfqanıstan hücrəsi olan “Xorasan Vilayəti”nin Moskvada terror aktı planlaşdırdığı qənaətinə gəliblər. ABŞ-nin antiterror xidmətinin nümayəndələrinin bildirdiyinə görə, nisbi sakitlik dövründən sonra İŞİD yenidən Avropada hücumlar planlaşdırmağa başlayıb. Üstəlik, bu planların əksəriyyəti pozulub.

“Soufan Group” konsaltinq şirkətinin terrorla mübarizə üzrə analitiki Kolin Klark bildirib ki, İŞİD son iki ildə diqqətini Rusiya üzərində cəmləyib. Çünki terror qruplaşmasının tərəfdarları Rusiyanın Çeçenistan, Suriya və Əfqanıstanda apardığı müharibələri nəzərdə tutaraq, “Putinin əlində müsəlmanların qanı olduğunu” iddia edirlər.

ABŞ rəsmisi CBS News-a bildirib ki, ölkəsi həqiqətən İslam Dövlətinin məsuliyyət daşıdığı barədə bəyanatı təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir və buna şübhə etmək üçün heç bir əsas yoxdur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*