Tərtərdə 34 yaşlı kişini it parçalayıb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hacı Qərvənd kəndində baş verib.
Kənd sakini Məmmədov Elçin həyətlərində saxladığı itin hücumuna məruz qalıb. Yaralı E.Məmmədov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.