“Təsəvvür edin, yatdı və oyanmadı”backend

"Təsəvvür edin, yatdı və oyanmadı"

“1 ildir qardaşımı itirmişəm. Heç bilmirdim haradayam, necəyəm. Biz qardaşımla əkiz kimi idik. Başı belə ağrıyanda pis olurdum. Təsəvvür edin, yatdı və oyanmadı. Evin böyüyü olaraq, bacılarımı sakitləşdirdim. İndiyənə qədər üçümüz də müalicə alırıq”.

KONKRET.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova “Zaurla Günaydın” verilişində deyib. Aktrisa qardaşının ölümündən danışıb. O, bildirib ki, qardaşını itirəndən sonra səhhətində problem yaranıb.

F.Mütəllimova 30 il sonra Şuşaya getməsindən danışıb:

“Necə qışqırırdım. İnanmırdım ki, Şuşadayam. Ora, bura qaçırdım. Bilmirəm nəyi, kimi axtarırdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*