Amerikanın “Tesla” şirkəti bu il tam avtonom idarəetmə sisteminə malik elektromobillərin istehsalına başlamağı planlaşdırır. Bu sistemin köməyi ilə elektromobillər insan müdaxiləsi olmadan idarə ediləcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask bildirib.
“Düşünürəm ki, bu il bunu edəcəyik”, – o deyib.
Maskın sözlərinə görə, “Tesla” bu cür avtomobillərin satışından xeyli gəlir əldə edəcəyini gözləyir.
“Reuters” daha əvvəl yazıb ki, ABŞ Ədliyyə Departamenti 2021-ci ildə avtomobillərin avtopilot texnologiyasından istifadə edərək avtonom idarə oluna biləcəyinə dair xəbərlərə görə “Tesla” ilə bağlı araşdırmaya başlayıb. Müstəntiqlər şirkətin istehlakçıları, investorları və tənzimləyiciləri aldatdığını araşdırır.
İqbal Rzayev,
KONKRET.az