Ermənistan bu gün Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində məhv edilən hərbçilərinin adlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan ordusunun hərbçiləri – Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan ölüb.
Daha bir yaralı əsgərin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
16:16
Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər Andranik Antonyan və Arsen Mkrtçyandır./APA