Teymur Rəcəbovun rəqibi bəlli oldubackend

Teymur Rəcəbovun rəqibi bəlli oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib.

KONKRET.AZ-ın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gələcək.

Asiyalı yarımfinalda həmyerlisi Yu Yanq Lidən üstün olub. Onlar klassik şahmatda hər iki görüşdə heç-heçə oynadığından qalib sürətli şahmatda müəyyənləşib. Burada 1,5:0,5 hesabı ilə qələbə qazanan D. Liren finala yüksəlib.

2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazanan T. Rəcəbovla D. Liren arasındakı ilk görüş sentyabrın 30-da olacaq. Üçüncü yer uğrunda oyunda isə fransalı Maksim Vaşye-Laqravla Yu Yanq Li üz-üzə gələcək.

Qeyd edək ki, D. Liren ikinci dəfə finalda oynayacaq. O, 2017-ci ildə Levon Aronyana (Ermənistan) uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*