ABŞ-də Havay istiqamətində hərəkət edən sərnişin təyyarəsi hava burulğanına düşüb, nəticədə 25 nəfər xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, hadisə “American Airlines” aviaşirkətinə məxsus Los-Ancelesdən Havaya gedən reys zamanı baş verib.
Təyyarə Honolulu hava limanına endikdən sonra xəsarət alan sərnişinlər və ekipaj üzvləri dərhal xəstəxanaya aparılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma başlanıb.