Təyyarə maskasız sərnişinə görə təcili eniş etdibackend

Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi

Yaponiyada “Peach Aviation” avia şirkətinə məxsus olan təyyarə koronavirus pandemiyası zamanı uçuş qaydalarına riayət etməyi rədd edən bir sərnişinə görə təcili eniş edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı gazeta.ru yazır.

Uçuş Osaka şəhərinə istiqamətlənmişdi. Laynerdə 124 nəfər olub. Maskasız sərnişini görən stüardessalar ondan taxmasını istəsə də, kişi rədd edib.

Sonra pilot Niiqata hava limanına enməyə qərar verib, təhlükəsizlik qaydalarını pozan şəxs isə uçuşdan kənarlaşdırılıb.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*