Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşib – RƏSMİbackend

Təyyarə qəzasında həlak olanlardan 7-nin şəxsiyyəti müəyyənləşib - RƏSMİ

Təyyarə qəzasında həlak olanlar 38 nəfərdən 7 nəfərinin şəxsiyyəti müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

O da qeyd edilib ki, onlardan 6 nəfəri Qazaxıstan vətəndaşı, üçü isə ekipaj üzvüdür.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyasının 306 nəfər şəxsi heyəti, 101 ədəd texnikası, iki ədəd hava gəmisi, 6 kinoloji qrupu və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*