Təyyarə qəzasında həlak olan 38 nəfərdən 9-nun şəxsiyyəti məlum olub.
KONKRET.az xəbər verir ki, hazırda DNT nümunələri yoxlanılır.
Bu barədə Manqistau nəqliyyat prokuroru Abylaibek Ordabayev hökumət komissiyasının işi ilə bağlı keçirdiyi brifinqdə məlumat yayıb.
O bildirib ki, təyyarə qəzasında həlak olan 38 nəfərdən 9-nun cəsədinin şəxsiyyəti müəyyən edilib:
“Onlardan üçü Qazaxıstan, ikisi Rusiya, dördü isə Azərbaycan vətəndaşıdır. Digərlərinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. DNT nümunələri üzrə ekspertiza təyin edilib”.
əfərdən 9-nun şəxsiyyəti məlum olub.