AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında yer səthi ilə toqquşana qədər 1, 2 və 3-cü hidravlik sistemlərinin zədələndiyini sübut edən şəkil və qrafik təqdim olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.
“Müəyyən edilmiş bu zədələr hidravlik mayesinin və təzyiqinin itkisi ilə nəticələnib”, – deyə hesabatda qeyd edilib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.//Qafqazinfo