Təyyarənin kapitanı qəzadan sonra sağ imiş – AÇIQLAMAbackend

Təyyarənin kapitanı qəzadan sonra sağ imiş - AÇIQLAMA

“Qəzadan sonra 29 saniyə zənglə danışdıq”.

KONKRET.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan kapitan İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev “Space TV”yə açıqlamasında deyib.

“Danışsam, gərək dastan danışım. O, ən yaxşı pilotlardan biri idi. Hər gəlib düşəndə mənlə danışmamış evə qalxmırdı. Mən təyyarədən qorxurdum, mənə həmişə deyirdi ki, nədən qorxursan?! Sonuncu dəfə onu həftənin bazar ertəsi (qəzadan iki gün əvvəl) görmüşdüm.

Qəza olan günü onunla 29 saniyə danışmışam. Saat 12:29-da ona zəng etdim, telefonumda da var, təsdiq edə bilərəm. Mənə dedi ki, vəziyyətim pisdir. Son sözü o oldu, ondan sonra heç nə demədi. Sonra nə qədər zəng etdim düşə bilmədim”, – kapitanın dostu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*