Təyyarənin qəzaya uğradığı məkanda qazaxıstanlı bloger həbs olundubackend

Təyyarənin qəzaya uğradığı məkanda qazaxıstanlı bloger həbs olundu

Aktauda “Embraer 190” təyyarəsinin qəzaya uğradığı yeri lentə alan qazaxıstanlı bloger Azamat Sarsenbaev polisə tabe olmadığı üçün 10 sutka müddətinə həbs edilib.

KONKRET.az xəbər verir ki,  Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin 1-ci bəndi 15 günə qədər həbs cəzasını nəzərdə tutur. Təhlükəsizlik qüvvələrinin saxladığı  bloger dünən hadisə yerinə gələrək çəkilişlər aparıb. Qazaxıstan xüsusi xidmət orqanları bildirib ki,  Sarsenbayev xilasetmə xidmətlərinə və təhqiqat işlərinə maneçilk törədib və polisin qanuni tələblərinə tabe olmayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*