Təyyarənin şassisində meyit tapıldıbackend

Təyyarənin şassisində meyit tapıldı

Böyük Britaniyanın Qatvik hava limanında Qambiyadan gələn təyyarənin şassisində kişi meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sasseks polisindən bildirilib ki, dekabrın 7-də Qambiyanın paytaxtı Banjuldan qalxaraq Londonun Qatvik hava limanına enən təyyarənin şassisində kişi cəsədi aşkarlanıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qambiya hökumətinin sözçüsü həyatını itirən şəxsin naməlum qaradərili kişi olduğu barədə məlumat paylaşıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*