The Guardian: Rusiya Putinin vaxtında 1945-ci ildə olduğu kimi yenidən hücuma keçdibackend

The Guardian: Rusiya Putinin vaxtında 1945-ci ildə olduğu kimi yenidən hücuma keçdi

“Guardian” qəzetinin icmalçısı Simon Tisdall ABŞ, Britaniya və Rusiya arasındakı münasibətlər haqda yazıb. Müəllif Rusiyanı təcavüzkar və etibarsız bir gücə bənzədir. Ancaq o, bu məqaləsində London və Vaşinqton arasındakı gizli mübarizədən bəhs edir. Onun fikrincə, bu Qərb ölkələri məqsədlərinə çatmaq üçün hər şeyə hazır olacaqlar.

The Guardian (Böyük Britaniya):  Conson, Putin və Trampın rəhbərliyi altında 1945-ci ildən bəri dünyada izaholunmaz bənzətmələr meydana gəldi

Rusiya hücum edir, Britaniyanın Brexitdən sonra tək qalması, ABŞ-ın Avropa müttəfiqlərinə olan hörmətsizliyi Amerikanın Stalinə göstərdiyi sadəlövh münasibətinə bənzəyir.

KONKRET.az xəbər verir ki, Avropada 1945-ci ildə qələbə ABŞ, Rusiya və Britaniya kimi anti-Hitler koalisiyası ölkələri arasında inanılmaz hərbi əməkdaşlıq sayəsində mümkün oldu. Lakin Franklin Ruzvelt, İosif Stalin və Uinston Çörçill arasındakı üçtərəfli münasibət həmişə çətin olub. Onlar ölkələr arasında rəqabət şübhə, qorxu və etimadsızlıq modelinə çevrilib və o etimadsızlıq bu günə qədər də qalmaqdadır.

Avropadakı ekspedisiya qüvvələrinin komandiri, general Duayt Eyzenxauerin 1945-ci il martın sonunda Stalinə göndərdiyi gizli bir teleqram (kod nömrəsi SCAF-252) o rəqabətin nə qədər mürəkkəb olduğunu göstərir. Bu teleqramda Eyzenxauer Nasist Almaniyasının son məğlubiyyətinin planlarını açıqladı. Ancaq bu barədə Britaniya ilə məsləhətləşmədi və onlara Amerika qoşunlarının planları haqqında məlumat belə vermədi.

Stalin Berlinə girən və Adolf Hitleri devirən ilk adam idi. Üçüncü Reyxin paytaxtının ələ keçirilməsinə böyük simvolik əhəmiyyət verərək bunun gələcək Avropa nizamı üçün hansı fəsadlara səbəb olacağını başa düşdü. Çörçill də eyni fikirdə idi, lakin Eyzenxauer və xəstəlik səbəbindən hər şeydən kənarda qalan Ruzvelt başqa cür düşünürdü.

1 apreldə SCAF-252 teleqramına cavab olaraq Stalin amerikalıları fikirlərindən daşındırmaq fikrinə düşmədi. Onlar hesab edirdilər ki, Hitler may ayında Alp dağlarında ölənə kimi dayanacaq. Stalinin özü belə düşünmürdü, amma Eyzenxauerin Amerika qoşunlarının Almaniyanın cənubuna göndərmək planını təsdiqlədi və bildirdi ki, “Berlin əvvəlki strateji əhəmiyyətini itirdiyindən” qoşun başqa əraziyə yeridilsin.

Bu vaxt o, baş komandan Georgi Jukova gizli bir əmr verdi ki, dərhal şəhəri mühasirəyə alsın və bu vəzifəni icra etmək üçün 2,5 milyon qoşun hazırlansın. Bu, amerikalıların və britaniyalıların Berlinə girə bilməməsi üçün edildi. Bundan əlavə, Jukova aprelin 16-dan gec olmayaraq hücuma keçməyi əmr etdi. Tarixçi Antoni Bivorun qeyd etdiyi kimi, bu “müasir tarixdəki ən yaxşı 1 aprel zarafatı” oldu.

Britaniyalılar və xüsusən də feldmarşal ser Bernard Montgomeri kənarda qaldıqları üçün bərk qəzəbləndilər. Çörçill qorxurdu ki, (səbəbsiz deyildi) Stalin daha çox Avropa ərazisini kommunist rejiminin nəzarəti altına salacaq. Bununla da o, Yaltada Polşanın müstəqilliyinə hörmət etmək barədə verdiyi vədi pozmuşdu.

“Heç bir şübhə yoxdur ki, o [Eyzenxauer] olduqca cəlbedici bir şəxsiyyətdir və eyni zamanda strategiya baxımından çox məhdud bir beyinə sahibdir” deyə ser Alan Brooke bildirib. Bivor bu haqda  2002-ci ildə çapdan çıxan “Berlin. Düşmə. 1945-ci il”  kitabında yazıb. Ancaq Çörçill yalnız hirsindən əsəbiləşə bilərdi. “Mən bu kommunist liderlərə rəğbət bəsləmək üçün hər cür cəhd göstərdim, amma onlara bir damla inamım yoxdur. Onlar üçün mövcud olan tək şey güc və faktlardır” dedi.

Mayın 8-də Berlin Qırmızı Ordu tərəfindən ələ keçirildi, Hitler öldü və Stalin qələbə qazandı.

Zəifləyən, borc alan və imperiya uğrunda mübarizə aparan Britaniyanın fövqəldövlətə çevrilmək ərəfəsindən olan Amerika ilə gərginliyi müharibədən sonrakı dövrdə də davam edib. Tarixçi Robert Uortun fikrincə, Britaniyanın 1945-ci ildən sonra dünya liderliyi dəyənəyini məmnuniyyətlə Vaşinqtona ötürməsi fikri mifdən başqa bir şey deyil. “Britaniyalılar xarici müstəmləkələrini qorumaq üçün əllərindən gələni etdilər və amerikalıların onları sıxışdırıb çıxarmaq cəhdlərindən çox da razı qalmadılarr” deyə yazır.

Amerikalılar Britaniya müstəmləkəçiliyinə qarşı idilər. Lakin britaniyalıların dediyi kimi, ABŞ öz müstəmləkəçiliyini effektiv şəkildə öz versiyası ilə əvəz etdi. Bu rəqabət, xüsusilə Orta Şərqdə güc və təsir uğrunda çoxşaxəli, gizli və açıq bir mübarizəyə gətirib çıxardı.

Məsələn, ABŞ 1951-ci ildə bu ölkəyə səfəri zamanı özünü Britaniya imperializmi ilə mübarizə aparan və ABŞ İstiqlal Müharibəsi dövrünün vətənpərvərləri ilə müqayisə edən İranın millətçi Baş naziri Məhəmməd Mosaddegə dəstək verdi. İranın kommunist bir rejimə çevriləcəyindən qorxaraq Vaşinqton iki il sonra münasibətini dəyişdi və sonda 1979-cu il İslam İnqilabına səbəb olan Mossadeghin devrilməsi üçün Britaniyanın sui-qəsdini dəstəklədi.

Amerikalı bir casus xarici müxbir kimi hərəkət edərək, Misir kralı Farukun Britaniyalı adamını ələ keçirməyə çalışdı. MKİ bu əməliyyatı “Çox kök adam” adlandırdı.  1952-ci ildə Faruka qarşı çevriliş oldu və o, Gamal Abdel Nasserin başçılığı ilə devrildi. Amerikalı agentlər onunla dost idilər və bu da 1956-cı ildə Britaniyanın Süveyş kanalında alçaldılmasına səbəb oldu.

Çörçill Britaniyanın bu hərəkətlərinə nifrət etdi, ancaq varislərini heç vaxt amerikalılardan uzaqlaşmamaq prinsipinə riayət etməyə çağırdı. Əsasən buna əməl etdilər, ancaq Vyetnam müharibəsi  ilə əlaqədar Harold Wilson Vaşinqtonla mübahisə etdi. Daha sonra Britaniya baş nazirləri əksər beynəlxalq məsələlərdə həmişə Vaşinqtonla birgə addım atdılar.

Rusiya ilə münasibətlərə gəldikdə, soyuq müharibə illərində Britaniya və Amerika siyasəti demək olar ki, ayrılmaz oldu. 1945-ci ildə Stalin Qərb güclərinin “gizli saziş” bağlayacağından və Sovet İttifaqına qarşı birləşməsindən qorxurdu. Beləliklə, Qərbi Almaniyanın daxil olduğu NATO-nun yaradılması nümunəsi oldu.

Bugünkü dünyada 1945-cü il dünyasına izaholunmaz oxşarlıqlar var. Vladimir Putinin postsovet Rusiyası Avropadakı təsirini genişləndirmək üçün tank bölmələri əvəzinə informasiya müharibələri və kiberhücumlar kimi asimmetrik metodlardan istifadə edərək yenidən hücuma keçdi.

Brexit dövründə ümumi Avropa evi anlayışını rədd edən baş nazir Boris Consonun Britaniyası 1940-cı illərdən bəri ilk dəfədir ki, tək qalıb. Brexit tərəfdarları bu və ya digər şəkildə AB-dən çıxmağı kompensasiya etmək üçün ABŞ-la təhlükəsizlik, iqtisadiyyat və ticarət sahələrində əlaqələri gücləndirməyə çağırırlar. Bu, bir çox cəhətdən Çörçillin “qaranlıq saatda” kömək üçün Ruzveltə etdiyi ümidsiz xahişini xatırladır.

ABŞ-a gəldikdə, Trampın Putinin Rusiyası ilə əlaqəsi, Amerikanın Avropa müttəfiqlərinə olan hörmətsizliyi 1945-ci ildə Ruzvelt və Eyzenxauerin sadəlövhlüyünü çox xatırladır.

Təəccüblü deyil ki, Stalin Putinin ən böyük qəhrəmanlarından biridir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*