Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasındakı altı həftəlik qızğın müharibə Rusiyanın vasitəçiliyi ilə sona çatdı. Bu müqavilə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, etnik ermənilərin yaşadığı ərazinin geri qaytarılmasl ilə döyüş meydanında böyük uğur qazanan Bakı üçün çox böyük bir qələbədir.
KONKRET.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın “The Independent” nəşri yazıb. Məqalədə daha sonra deyilir ki, “Bu, son illərdə əvəzolunmaz bir qlobal diplomatik güc statusunu bərpa etməyə çalışan Kremlin əhəmiyyətli bir diplomatik qələbəsidir. Ancaq bu razılaşma Ermənistan üçün bir məğlubiyyətdir. Bu, bəlkə də 2018-ci ildə xalq üsyanı nəticəsində hakimiyyətə gələn Paşinyanın siyasi karyerasını bitirə bilər. Bakının əsas dəstəkçisi olan Türkiyə də bu razılaşmadan qazanclı çıxdı. Qafqazda möhkəmlənmək hüququ qazandı.
Surxay Atakişiyev,
KONKRET.az