“The New York Times”: Rusiya aerodromlarına PUA-lar Ukraynadan buraxılıbbackend

"The New York Times": Rusiya aerodromlarına PUA-lar Ukraynadan buraxılıb

Rusiya aerodromlarına hücum edən pilotsuz təyyarələr Ukraynadan buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” yüksək rütbəli ukraynalı məmura istinadən xəbər verir.

Hücumlardan ən azı biri Rusiya bazasına yaxın olan və pilotsuz təyyarələrin hədəfə yönəldilməsinə kömək edən Ukrayna xüsusi təyinatlı qrupları tərəfindən koordinasiya edilib.

Eyni zamanda PUA-ların Rusiya Federasiyasının ərazisinə necə daxil olduğu aydın deyil.

“The New York Times” yazır ki, aerodromlarda baş verən hadisələr Kiyevin arxa cəbhədəki Rusiya hərbi bazalarına hücum etməyə hazır olduğunu göstərir. Bundan əlavə, məqalədə qeyd olunur ki, bu hücumlar Ukraynanın uzaq məsafədən zərbə endirmək qabiliyyətini göstərir.

Qəzet bu əməliyyatı müharibə başlayandan bəri Ukrayna ordusu üçün “ən cəsarətli əməliyyat” adlandırır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*