“Çin gizli şəkildə Rusiyaya hərbi istifadə üçün komponentlər verir”.
KONKRET.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 2023-2024-cü illər arasında Çin şirkətləri sanksiyalar altında Rusiya şirkətlərinə ən azı 55 milyon avro dəyərində material və hissələri köçürüb.
Bu tədarüklərin təxminən dörddə biri (təxminən 12,5 milyon avro) İranın Şahed dronlarının istehsal olunduğu “Alabuga” xüsusi iqtisadi zonasındakı müəssisələrə gedib.
Çindən ixraca təyyarə mühərrikləri, çiplər, metal ərintiləri, linzalar, fiberglas və karbon lifi daxildir.
Araşdırmada 97 Çin tədarükçüsü müəyyən edilib. Pekinin rəsmi neytrallıq bəyanatlarına baxmayaraq, faktlar Moskva ilə hərbi əməkdaşlığın dərinləşməsinə işarə edir.
Dəniz Pənahova
KONKRET.az