Şamaxıda ticarət mərkəzində xadimə işləyən qadın xəsarət alıb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə mayın 15-də Şamaxı şəhərin ərazisində yerləşən “Meqasiti” ticarət mərkəzində baş verib.
Şamaxı şəhər sakini, 1993-cü il təvəllüdlü Günel Vəkalət qızı Yəhyayeva xadimə işlədiyi şəhərin ərazisində yerləşən “Meqasiti” ticarət mərkəzinin 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb.
Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar aparılır.