Tik-Tok bu qadağaları tətbiq etdibackend

Tik-Tok bu qadağaları tətbiq etdi

Tik-Tok təcrübələrin mümkün qədər etibarlı və yaşlara uyğun olmasını təmin etmək üçün 18 yaşdan kiçik istifadəçilərə bir çox məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.

Həmin məhdudiyyətlər bunlardır:

Qeyd-şərtsiz 16 yaşdan kiçik şəxslərin hesabları bağlıdır;

16 yaşdan kiçik istifadəçilər tərəfindən yayımlanan videolar endirilə bilməz;

TikTok-da şəxsi mesajların funksionallığı yalnız 16 yaş və yuxarı qeydiyyatdan keçmiş hesab sahibləri üçün əlçatandır;

18 yaşdan yuxarı istifadəçilər canlı yayım edə bilərlər;

Yalnız 18 yaşına çatmış istifadəçilər virtual hədiyyələr ala, göndərə və ya qəbul edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*