“Tiktok”da dələduzluq edən tutuldu – FOTObackend

“Tiktok”da dələduzluq edən tutuldu – FOTO

İsmayıllı sakinlərinə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən xəbərə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.

O, “TikTok” sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

22e16aed eb66 41ba ac61 5eb4d72fd1ce 1747373524

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*