“TikTok” istifadəçilərə xəbərdarlıq etdi – “Qanunla qadağandır”backend

"TikTok" istifadəçilərə xəbərdarlıq etdi - "Qanunla qadağandır"

“TikTok” istifadəçilərə bəzi məzmunlu videoların paylaşılmasını qadağan edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı istifadəçilərə xəbərdarlıq mesajı göndərilib.

Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

Qeyd edək ki, qanun bu ildən qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*