“Timsah Gena” mahnısının müəllifi vəfat etdi – FOTO/VİDEObackend

“Timsah Gena” mahnısının müəllifi vəfat etdi - FOTO/VİDEO

“Çeburaşka” cizgi filmindən “Timsah Gena”nın mahnısının yaradıcısı kimi tanınan sovet və rus şairi, senarist Aleksandr Timofeyevski 88 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov “Facebook” səhifəsində yazıb.

Senaristin ölüm səbəbləri hələlik açıqlanmayıb.

Kapkovun sözlərinə görə, Timofeyevski çoxları tərəfindən sevilən bir şair olmaqla yanaşı, animasiya filmlərinin ərsəyə gəlməsində müstəsna xidmətləri olub.

“Şairin bəstələdiyi “Pust bequt neuklyuje” (“Timsah Gena”nın mahnısı) musiqisi hər bir sovet insanının himninə çevrilib”, – deyə Kapkov vurğulayıb.

Умер написавший «Песенку крокодила Гены» поэт Александр Тимофеевский - Газета.Ru | Новости

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*