Timsah kişini həyat yoldaşının gözü qarşısında yedi – sümüyü də tapılmadıbackend

Timsah kişini həyat yoldaşının gözü qarşısında yedi – sümüyü də tapılmadı

Hindistanda timsah bir balıqçını həyat yoldaşının gözü qarşısında öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı yerli “India Blooms” nəşri yayıb.

Hadisə iyunun 24-ü, çərşənbə günü Hindistanın Qərbi Benqal ştatındakıi Patar Pratima dairəsində meydana gəlib.

Yerli sakin Vişnupada Santra həyat yoldaşı ilə birlikdə balıq ovuna gedib. Cütlük çayın sahilində olarkən birdən sudan timsah görünüb. Yırtıcı balıqçını ayağından tutaraq suya tərəf çəkib.

Santranın arvadı onun əllərindən tutaraq xilas etməyə çalışıb, ancaq qadının gücü çatmayıb. Timsah kişini arvadının gözləri qarşısında yeyib.

Yerli sakinlər polisə dəhşətli hadisə barədə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları çaya baxış keçiriblər, lakin nə timsah, nə də balıqçının qalıqları tapılmayıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*