Tiqran Köçəryan: “Paşinyan tətilini “Tik-Tok”da keçirdi, reytinqinin düşməməsinə çalışdı”backend

Tiqran Köçəryan: “Paşinyan tətilini “Tik-Tok”da keçirdi, reytinqinin düşməməsinə çalışdı”

Ermənistanın baş naziri Nikol Paşinyan tətilini Tik-Tokda yalnız seçicilərini itirməmək üçün keçirib.

KONKRET.az “Verelq” saytına istinadən xəbər verir ki, bunu media eksperti Tiqran Köçəryan “İcmal” proqramında deyib.

“İndiki hakimiyyət ölkənin subyektivliyini ləğv edib, ölkəmiz regiondakı proseslərə heç bir şəkildə təsir göstərə bilmir və Paşinyanın fikri ilə maraqlanan beynəlxalq oyunçular çox azdır. Digər tərəfdən, “Baqrat Srbazan hərəkatı” informasiya gündəmini diktə edərək fəallığını davam etdirir. Baqrat Srbazanın məzuniyyətə gedəcəyi və hərəkatın sönəcəyi ilə bağlı proqnozların əksinə olaraq, aktiv görüşlər, ölkənin müxtəlif bölgələrinə səfərlər davam edir.
Bütün bunların fonunda Paşinyan anlayır ki, bu gündəmi müxalifətin öhdəsinə buraxsa, onun reytinqləri daha sürətlə düşməyə başlayacaq. Buna görə də, o, informasiya sahəsini hər şeylə doldurmağa çalışır: velosiped sürür, həyat yoldaşı ilə gəzir, onunla lobya təmizləyir və s. Başqa sözlə, medianın diqqətini özünə yönəltmək üçün hər şey edir”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, Paşinyan media sahəsinin keçmiş nümayəndəsi olduğu üçün çox gözəl anlayır ki, bir-iki gün informasiya meydanında olmasa, elektoratla problemləri ola bilər, ona görə də tətilini “Tik-Tok”da keçirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*