Titov: “Ruslar miqrantlardan daha çox cinayət törədir”backend

Titov: "Ruslar miqrantlardan daha çox cinayət törədir"

“Ölkə vətəndaşları miqrantlardan qorxmamalıdır, çünki ruslar onlardan daha çox cinayət törədirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titov deyib.

O daha sonra bildirib: “Mən rusların miqrantlardan qorxduğunu yaxşı bilirəm. Baxmayaraq ki, bu, tamamilə əsassızdır. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin statistikasına görə, Rusiya vətəndaşları miqrantlardan qat-qat çox cinayət törədir”.

Ombudsman onu da əlavə edib ki, hazırda rusiyalıların istənilən sahədə işləmək imkanı var, ona görə də onlar miqrantların işləri ələ keçirəcəyindən qorxmamalıdırlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*